Xəzər Xəbər

Baş prokuror: “Qorbaçovun qərarı insanlıq əleyhinə cinayətin törədilməsi üçün verilmiş əmr idi” VİDEO

Veb TV | 20:09 • 20 Yanvar 2022
Baş prokuror: “Qorbaçovun qərarı insanlıq əleyhinə cinayətin törədilməsi üçün verilmiş əmr idi”

''20 Yanvar insanlıq əleyhinə olan bir cinayətin törədilməsi üçün verilmiş əmr idi''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin dövrdə Azərbaycan Ali Sovetinin razılığı olmadan birbaşa olaraq Qorbaçov tərəfindən qoşunların Bakıya yeridilməsi barədə qərar qəbul edilib.

Baş prokuror bildirib ki, buna ilk dəfə siyasi, hüquqi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, məhz onun təşəbbüsü ilə 1994-cü ildə verilib.

Ermənilərin Qarabağda törətdiyi cinayətlərə də münasibət bildirən baş prokuror Kamran Əliyev deyib ki, ermənilərin cinayətləri Hərbi Prokurorluğun xüsusi şöbəsində cəmləşib və bütün hallar rəsmiləşdirilir, sübutlar toplanılır.

''Tərtər işi"ndən də danışan baş prokuror bildirib ki, bununla bağlı istintaq qrupu yaradılıb.

Onun sözlərinə görə, heç kim bu işdə siyasi məqsəd güdə bilməz. O qeyd edib ki, istintaq qısa müddətdə aparıla bilməz. Bütün sübutlar tədqiq olunmalıdır.

"Bəzi şəxslər bildi-bilmədi qeyri-peşəkar formada çalışırlar ki, istintaq prosesinə təsir etsinlər. 'Bu da yolverilməzdir, mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq'',-deyə Kamran Əliyev bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti