Xəzər Xəbər

Hikmət Hacıyev: "Udar" hərbi əməliyyatı Azərbaycan xalqının mübarizlik əzmini sındıra bilmədi VİDEO

Veb TV | 19:55 • 20 Yanvar 2022
Hikmət Hacıyev: "Udar" hərbi əməliyyatı Azərbaycan xalqının mübarizlik əzmini sındıra bilmədi

"Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi  Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev xatırladıb  ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub.

O, 20 Yanvar faciəsinin ildönümündə həmin dövrün çətin mərhələsindən də danışıb. Bildirib ki, hadisələr kəskin bir informasiya blokadası şəraitində həyata keçirilib. Bakı şəhərində törədilmiş bu qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı. Amma "Udar" hərbi əməliyyatı Azərbaycan xalqının mübarizlik əzmini sındıra bilmədi.

Hikmət Hacıyev onu da bildirib ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub. Azərbaycan xalqı qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etmiş məğrur, qürurlu bir xalq olaraq 20 Yanvar faciəsinə də tariximizin ayrılmaz hissəsi kimi baxır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti