Xəzər Xəbər

Tövlədəki kameranın görüntülərini izlədi: Heyrətə gəldi VİDEO

Veb TV | 15:23 • 20 Yanvar 2022
Tövlədəki kameranın görüntülərini izlədi: Heyrətə gəldi

İki gün əvvəl Türkiyənin Kayseri vilayətində baş verən rixter cədvəli üzrə 4,9 bal gücündəki zəlzələ ilə bağlı diqqətçəkən görüntülər üzə çıxıb.

Görüntülər inəklərin və digər heyvanların olduğu tövlədə çəkilib. Müşahidə kamerasının lentə aldığı görüntülərdə zəlzələdən bir neçə saniyə əvvəl inəklərin qəflətən yerlərindən qalxaraq, kənara çəkildiyi əks olunub.

Bu, görüntülər heyvanların zəlzələni əvvəlcədən hiss etdiyinə dair iddiaların bir daha ortaya çıxmasına səbəb olub./Metbuat.az 

Xəbər lenti