Xəzər Xəbər

Bu bölgəyə 54 ilin ən dəhşətli QARI YAĞDI: yollar bağlandı, yüzlərlə maşın... VİDEO

Veb TV | 21:55 • 19 Yanvar 2022
Bu bölgəyə 54 ilin ən dəhşətli QARI YAĞDI: yollar bağlandı, yüzlərlə maşın...

Türkiyənin cənubundakı Qaziantep vilayətində son 54 ilin ən güclü qarı nəqliyyat əlaqələrini iflic edib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, əyalətin müxtəlif rayonlarında qar örtüyünün qalınlığı 0,5-1 metr arasında olub.

Qar səbəbindən yükdaşıma üçün istifadə olunan şəhərlərarası marşrutları bağlanıb.

Türkiyə Müdafiə Nazirliyi dağlıq ərazilərdə blokadada olan əhalinin təxliyəsi üçün bölgəyə iki hərbi helikopter göndərib. Respublika Fövqəladə Hallar Departamenti və yerli icra hakimiyyəti orqanları yolların təmizlənməsinə 900-ə yaxın xüsusi texnika cəlb edib.

Qaziantepdə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.

Xəbər lenti