Xəzər Xəbər

Valeri Pekres: Prezidentliyə namizəd, yoxsa KQB-nin agenti? VİDEO

Veb TV | 21:42 • 19 Yanvar 2022
Valeri Pekres: Prezidentliyə namizəd, yoxsa KQB-nin agenti?

Bu ölkədə  işsizliyin səviyyəsi günbəgün artır. Hökumətin səhiyyə sistemi ilə bağlı yarıtmaz siyasətinə qarşı aylardır etiraz aksiyaları keçirilir. Bu problemlərin həllinə yönəlik proqram hazırlamaq əvəzinə o, ermənilərin rəğbətini qazanmaq  üçün   Azərbaycanın suveren ərazilərinə qanunsuz şəkildə səfərə gəlir. Söhbət Fransanın prezidentliyə namizədi Valeri Pekresdən gedir. Onun şəxsi tarixçəsi ilə bağlı SSRİ-i dövründə fəaliyyət göstərən KQB tərəfindən əməkdaşlığa cəlb olunmasına haqqında məlumatlar da var. Rəsmi Parisin baş diplomatı  Jan İv Lö Drian isə bu səfəri tənqid etmək əvəzinə boş bir açıqlama verib.

''Fransanın xarici işlər naziri Jan İv Lö Drianın açıqlaması diplomata yaraşmır. O, prezident İlham Əliyevin Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" bildirib. Dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.

XİN rəsmisi vurğulayıb ki, Prezidentin Valeri Pekresin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür. 

Fransa mətbuatında gedən yazılardan aydın olur ki, ölkədə işsizliyin səviyyəsi gündən-günə artır. Koronavirusun qarşını almaq üçün həyata keçirilən siyasətə qarşı aylardır etiraz aksiyaları keçirilir. Bununla yanaşı özünü demokratik dəyərlərin müdafiəçisi kimi təqdim edən ölkədə irqçilik və islamofobiya meylləri güclənir. Prezidentliyə namizəd olan şəxs ilk növbədə bu məsələlərin həlli ilə bağlı konsepsiya təqdim etməlidir. Amma Pekres bunun əvəzində ermənilərin rəğbətini qazanmaq üçün başqa ölkənin suverenliyinə hörmətsizlik edir. 

Pekres haqqında dünya mətbuatında gedən analitik yazılara diqqət yetirəndə bəzi maraqlı məqamlar nəzərə çarpır. Xanım namizədin hələ SSRİ dövründə fəaliyyət göstərən KQB tərəfindən məxfi əməkdaşlığa cəlb olunması haqqında məlumatlar dolaşır. Qeyd edilir ki, 1982-ci ildə SSRİ-də ən məşhur ümumittifaq pioner düşərgəsi "Artek"ə gələn yeniyetmələr arasında 15 yaşlı fransız qız xüsusilə seçilirdi. Sonradan məlum olur ki, o, məşhur fransız iqtisadçı və milyonçusu, Dostoyevski və Tolstoyun pərəstişkarı Dominik Runun qızıdır. Dövlət Təhlükəsizliyi Komitəsinin zabitləri bunun gələcək üçün yaxşı zəmin olduğunu tez başa düşdülər və həmin  uşaqla "işləməyə" başladılar. Həmin qız ailə qurduqdan sonra Pekres soyadını qəbul edən Valeri Ru idi. Bəli, bugün Yelisey Sarayına daşınmağa can atan həmin Pekres. Ehtimal etmək olar ki, Pekres seçkiqabağı İslamafobiya tezisləri ilə keçmişindəki ləkəni silmək, diqqətləri yayındırmaq istəyir. 

Xəbər lenti