Xəzər Xəbər

Dəm qazı yenə can aldı - Əcəl onun bütün arzularını və həyatını yarımçıq qoydu VİDEO

Veb TV | 21:15 • 19 Yanvar 2022
Dəm qazı yenə can aldı - Əcəl onun bütün arzularını və həyatını yarımçıq qoydu

Göyçayda 11-ci sinif şagirdi dəm qazından zəhərlənib. Aysun İsmayılova yemək bişirdikdən sonra yatıb. Qaz tam olaraq bağlanmadığından  otağa dolub. Qız yuxudan ayılıb  kömək çağırsa da vəziyyəti sonradan ağırlaşıb. İsmayıllıda isə  2 gün əvvəl hərbi xidmətdən  qayıdan gənc zəhərlənərək ölüb.

Nişanlı idi, aylar sonra toyu olacaqdı, ancaq vaxtsız gələn əcəl onun bütün arzularını və həyatını yarımçıq qoydu. 

Bədbəxt hadisə Göyçayda baş verib. Rayonun Şıxəmir kənd sakini 17 yaşlı Aysun İsmayılova yaşadığı evdə mavi qazın otağa sızması nəticəsində zəhərlənib. Aysun İsmayılova gündüz vaxtı evdə tək olduğu üçün yeməyi bişirdikdən sonra qaz sobasını tam sondürdüyünü zənn edərək yatıb.Qazı tam olaraq bağlamadığı üçün mavi yanacaq otağa dolub..Yuxuda olan Aysun  zəhərlənib.O yuxudan ayılan kimi  atasına və dayısı qızına zəng edərək boğulduğunu deyib, onları köməyə çağırıb. 

Vəziyyəti ağırlaşan Aysun İsmayılova təcili olaraq əvvəlcə rayon xəstəxanasına sonra isə Bakıya aparılır.

Həkimlərin səylərinə baxmayaraq Aysun xəstəxanada dünyasını dəyişib..

İsmayıllıda hərbi xidmətdən 2 gün öncə qayıdan 20 yaşlı oğlan zəhərlənərək ölüb. Hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. 

Kənd sakini, 2002-ci il təvəllüdlü Süleyman  Hüseynov yaşadığı evdə  çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazı səbəbindən zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparsa da orada dünyasını dəyişib.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Xəbər lenti