Xəzər Xəbər

BNA küçələrdəki parkinqləri nəzarətə götürür - YENİ LAYİHƏ BAŞLANDI

Paytaxtda parklanma ilə bağlı pilot layihəyə başlanılır
Veb TV | 21:07 • 19 Yanvar 2022
BNA küçələrdəki parkinqləri nəzarətə götürür - YENİ LAYİHƏ BAŞLANDI

Paytaxt küçələrində xaotik parklanmanın aradan qaldırılması  üçün Bakı Nəqliyyat Agentliyi pilot layihəyə başlayıb. Layihəyə əsasən Yasamal rayonun Bəsti Bağırova küçəsində yenidənqurma işləri icra olunur. Sakinlər və sürücülər bu layihənin effekt verəcəyinə şübhə ilə yanaşırlar. İddia edirlər ki  dəyişiklik  tıxacları  artıracaq.

Paytaxtın Bəsti Bağırova küçəsində edilən dəyişiklik sürücülərin narazılığına səbəb olub. Küçənin yenidən layihələndirilməsi ilə yolun sağ və solunda parklanma yerləri təşkil edilir. Sürücülər iddia edir ki, avtomobilini park edən və parklanmadan çıxan sürücülər yolda hərəkəti iflic edəcək.

Layihə çərçivəsində piyadaların rahat hərəkətinin təşkili üçün səkilər də genişləndirilir. Bəsti Bağırova küçəsinə əvvəllər iki avtombilin eyni vaxtda dönməsi mümkün idisə indi bu real görünmür.

Məsələylə bağlı Bakı nəqliyyat agentliyindən isə bildirdilər ki ,ərazidə əvvəllər təşkil olunan qanunsuz parklanma nəqliyyatın hərəkətində xaotik vəziyyət yaradıb.Yeni layihə isə mövcud çatışmazlıqları aradan qaldıracaq.

Mais Ağayev onu da bildirdi ki , uzunluğu 450 metr olan küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcək.

 

 

 

Xəbər lenti