Xəzər Xəbər

Bakıda avtobus sürücüsü yolu kəsdi, sərnişinlər isə davaya çıxdı VİDEO

Veb TV | 20:36 • 19 Yanvar 2022
Bakıda avtobus sürücüsü yolu kəsdi, sərnişinlər isə davaya çıxdı

Bakıda daha bir avtobus sürücüsünün qayda pozuntusu qeydə alınıb. Tıxaca düşən sürücü əks zolağa çıxıb. Nəticədə  sıxlıq daha da artıb. Həm sərnişinlər  həm də öz yolu ilə hərəkət edənlər mənzilbaşına gecikib.  Həmin sürücü ilə bağlı artıq tədbir görülüb.

Bakida avtobus sürücüsü kobud qayda pozuntusu edir...

Düz xəttin tələbini pozan sürücü tıxac olan yolda əks istiqamətə çıxır. 

Bu zaman öz yolu ilə gedən nəqliyyat vasitələrinin qarşısını kəsir və sıxlığın daha da artmasına səbəb olur.

Həmin anlar öz yolu ilə hərəkət edən avtomobillərdən birinin təhlükəsizlik kamerasında düşüb. Sürücü isə baş verənlərin ictimailəşməsi üçün videonu ''Avtosfer.az'' saytına göndərib. 

Məlumata görə,görüntülər dünən Bakıda kənar dairəvi yolda çəkilib. Hətta avtobus sürücüsü və sərnişinlər düşərək kadrları çəkən şəxslə mübahisə etdiyi də deyilir.( avtobusdan düşmə anları)

Məlum olub ki, 194 saylı avtobus Qobupark Yaşayış Kompleksi-20 Yanvar dairəsinə və əks istiqamətdə sərnişin daşıyır. Çəkiliş zamanı qaydaları pozan və dövlət qeydiyyat nişanı ''90-XT-621'' olan avtobusu tapdıq. Həmin avtobusu idarə edən şəxs bildirdi ki, dünən sükan arxasında başqa sürücü olub.

Sərnişinlər bildirirlər ki, bəzi avtobus sürücüləri qaydalara məhəl qoymur. Onlar həm  özlərini, həm də sərnişini risqə atırlar.

Məsələ ilə bağlı sözügedən avtobusların məxsus olduğu daşıyıcı şirkətdən bildirildi ki, həmin sürücü müəyyən edilib. Artıq onunla bağlı tədbir görülüb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, daşıyıcı şirkətin nümayəndəsi Agentliyə çağırılacaq və onlara xəbərdarlıq ediləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, kadrlar araşdırılacaq. Qayda pozuntusuna yol verən şəxs barəsində qanunvericilik çərçivəsində tədbir görüləcək.

 

Xəbər lenti