Xəzər Xəbər

Tağıyevin heykəli niyə yerdən qoyulub? - Müəllifi açıqladı VİDEO

Veb TV | 20:21 • 19 Yanvar 2022
Tağıyevin heykəli niyə yerdən qoyulub? - Müəllifi açıqladı

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinə açılışdan cəmi bir neçə saat sonra, gecə saatlarında xələl yetiriblər. Heykəlin əlindəki təsbeh qopardılaraq, yerə atılıb. Artıq həmin şəxslər saxlanıblar. Bu xoşagəlməz hadisənin baş verdiyi bir vaxtda hamını həm də bir sual düşündürür - heykəl niyə hündür deyil və ya heykəlin altında postament niyə yoxdur? Araşdırdıq. Məlum oldu ki bunun  rəmzi bir  mənası var imiş. 

Paytaxtın ən çox gedişli-gəlişli yerində xalqımızın xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması hamını çox sevindirdi. Lakin elə həmin gün, açılışdan cəmi bir neçə saat sonra heykəlin bir hissəsisinin sındırılması hiddətə səbəb oldu. Axı tarixi şəxsiyyətin heykəlinə qarşı belə vandal hərəkəti kim edə bilərdi? Heykəlin müəllifi, xalq rəssamı Xanlar Əhmədov deyir ki, bu, adi xuliqanlıq hərəkəti yox, mədəniyyət nümunəsinə qarşı vandal münasibətdir. 

Bəs bu vandallıqda heykəlin hündürlüyünün insan boyuna yaxın olması və əlçatan mövqedə ucaldılması nə dərəcədə rol oynayıb? Xanlar Əhmədov deyir ki, heykəlin əlçatanlığı ona vandal münasibətə əsas vermir. Ancaq heykəlin bu ölçüdə olmasının da öz rəmzi mənası var. 

Onu da qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinə ziyan vuran şəxslər Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunublar. Əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli saxlanıblar. Fakta üzrə Cinayət Məcəlləsinin "xuliqanlıq" və "Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama" maddələri ilə cinayət işi başlanıb. 

Xəbər lenti