Xəzər Xəbər

8 aydır tələbə diplomunu ala bilmir... VİDEO

Veb TV | 19:58 • 17 Yanvar 2022
8 aydır tələbə diplomunu ala bilmir...

İsmayıllı  Dövlət Humanitar və Texnologiya Kollecinə daxil olan Rasim İslamov hərbi xidmətə getdiyinə görə təhsilində fasilə yaranıb. Sonradan hərbidən geri qayıdaraq kolleci  bitirən rasim 1 ilə yaxındır ki, diplomunu ala bilmir.

Kolleci bitirməsindən aylar keçsə də hələ də diplomunu ala bilmir.

Agdas rayon sakini Rasim İslamov  2016-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin mualicə işi fakültəsinə daxil olub. Elə həmin ildə hərbi xidmətə gedib. 2018-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra  Rasim tibb qardaşı ixtisasına bərpa edilib. Həmin ixtisası uğurla bitirən Rasim 8 aydır ki, diplomunu ala bilmir.

Təhsilini başa vuran Rasim İslamova kollec tərəfindən  müvafiq arayış təqdim edilib. Lakin diplomun verilməsi hələ də gecikir. İsmayıllı Dövlət Humanitar ve Texnalogiya kollecinin əyanı şöbə müdiri  Kəmalə Hüseynova məsələyə belə münasibət bildirib.

Rasim İslamov diplomunu aldıqdan sonra ixtisasına uyğun iş axtaracağını bildirir.

 

 

Xəbər lenti