Xəzər Xəbər

Təzə məktəb tikilib, lakin istifadəyə verilmir VİDEO

Veb TV | 19:48 • 17 Yanvar 2022
Təzə məktəb tikilib, lakin istifadəyə verilmir

Ağcabədidə kəndlərin birində yeni məktəb binası tikilib. Tikinti işləri başa çatsa da, məktəb istifadəyə verilmir. Nəticədə şagirdlər təhsildən yayınırlar. Bəs həmin məktəbin fəaliyyətə başlamasına nə mane olur? 
 
Yeni məktəb binası tikilsədə istifadəyə verilmir. 

Söhbət Ağcabədi rayon Sarıcalı kəndində olan yeni məktəb binasından gedir. Yəni təhsil ocağının istifadəyə verilməməsi kənd sakinlərinin narzılığına səbəb olub. 

Kəndin köhnə məktəbi qəzalı olduğundan 2020-ci ilin noyabrında yəni məktəb binasının inşasına başlanıb. İki korpusdan ibarət olan məktəb binası 364 yerlikdir. Sakinlər bir müddətdir ki, tikintinin başa çatdığını, ancaq təhsil ocağının istifadəyə verilmədiyini deyirlər. Bildirirlər ki, məktəblilər təhsil almaq üçün qonşu kənddə getməli olurlar. Buda bir sıra çətinliklər yaradır.

Məsələylə bağlı Ağcabədi rayon təhsil şöbəsindən ''Xəzər xəbər''ə bildirilib ki, məktəb binasının açılması ilə bağlı Təhsil nazirliyinə müraciət edilib. Yaxın günlərdə yeni təhsil ocağı açılaraq şagirdlərin istifadəsinə veriləcək.

Xəbər lenti