Xəzər Xəbər

Bu rayonlara güclü qar yağdı: Yollar buz bağladı VİDEO

Veb TV | 19:41 • 17 Yanvar 2022
Bu rayonlara güclü qar yağdı: Yollar buz bağladı

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə güclü qar yağıb.  Quba şəhərində və ətraf kəndlərdə qarın qalınlığı 20-25 santimetrə çatır. Qar rayon ərazisində bir sıra fəsadlar da törədib.

Ötən gecədən etibarən şimal bölgəsi ağ örpəyə bürünüb. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarına güclü qar yağıb. Quba şəhərinin  mərkəzində və ətraf kəndlərdə qar örtüyünün hündürlüyü 20-25 sm-ə çatır. 

Qubada Yollar və səkilər qarla örtüldüyündən həm sürücülər, həm də piyadalar çətinliklə üzləşiblər. Xüsusi ilə dağlıq kəndlərə gedər yollarda hərəkət məhdudlaşıb.Ərazilərə texnikalar və canlı qüvvə cəlb olunub.

Lakin havanın temperaturu normadan xeyli aşağı düşdüyündən yollarda buzlaşma qaçılmazdır. Nəqliyyat vasitələri ilə yanaşı, piyadalar üçün də hərəkət təhlükəlidir. Qar rayonda elektrik təsərrüfatına da ziyan vurub. Bir neçə kənddə elektrik verilişndə fasilə yaranıb.

Quba rayonun Qrız kəndində qarın hündürlüyü 15,  Xaltanda 12,  Şabran rayonunda isə 12 sm təşkil edir. Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib. 

 

Xəbər lenti