Xəzər Xəbər

450 dollara “saxta peyvənd” vuran dəstə saxlanıldı VİDEO

Veb TV | 16:07 • 17 Yanvar 2022
450 dollara “saxta peyvənd” vuran dəstə saxlanıldı

İtaliyada tibb bacıları da daxil olmaqla, koronavirusuna qarşı peyvənd olunmadan insanlara vaksin pasportu verən dəstə yaxalanıb.

Ankona şəhərindəki saxta peyvənd mərkəzində qeydə alınan kamera görüntüləri peyvəndin saxta olduğunu üzə çıxarıb.

İstintaq zamanı müəyyən edilib ki, dəstə İtaliyanın hər yerindən gələn insanlara 450 dollar qarşılığında saxta peyvənd vurub və vaksin kartları verib.

Saxta mərkəzdə çalışan tibb bacılarının zibil qutusuna və ya salfetin üzərinə koronavirus peyvəndi vurduqları kameralara əks olunub. Sonra boş şprisi adama yeridirmiş kimi davranırlar./Teleqraf.com 

Xəbər lenti