Xəzər Xəbər

Avtomobil alanda buna diqqət edin: ciddi təhlükə yarana bilər VİDEO

Veb TV | 13:21 • 17 Yanvar 2022
Avtomobil alanda buna diqqət edin: ciddi təhlükə yarana bilər

Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir. Azərbaycanda da xeyli bu cür maşın var. Mütəxəssislər deyirlər ki, sükanın yerinin dəyişdirilməsi bəzi hallarda təhlükələrə yol aça bilər. Hətta bəzi ölkələr avtomobillərdə sükanın yerini dəyişdirməklə bağlı xüsusi qadağalarda tətbiq edir. Məsələn Gürcüstanda bir müddət öncə bu cür qadağa tətbiq olunub. Bəs Azərbaycanda buna icazə varmı? Hansı hallarda bu cür avtomobillərin istismarına icazə verilə bilər. Əməkdaşımız Xələf Xələfov məsələni araşdırıb. 

Avtomobildə sükanın yerinin dəyişdirilməsi təhlükəyə səbəb ola bilər.

Mütəxəssislər bu fikirdədilər. Beləki, Yaponiya və Böyük Britaniyadan ölkəmizə gətirilən bəzi avtomobillərin sükanı sağdan sola dəyişdirilərək idxal edilir. Hətta bir çox dövlətlərdə nəqliyyat vasitələrinin üzərində belə dəyişkliyin aparılmasına qadağa qoyulub. Elə Azərbaycanda da. Buna görədə, bazarda bu cür avtomobillərin qiyməti digərlərinə nisbətən ucuzdur. Çünki əksər sürücülər detallarına müdaxilə edilməyən maşınlara üstünlük verirlər. 

Mütəxəssislər bildirir ki, sükanın yeri dəyişdikdə parallel olaraq bir neçə mexanizmində yeri dəyişilir. Bu zaman baş verəbiləcək kiçik məsuliyyətsizlik böyük faciələrə gətirib çıxara bilər.

Sükanı dəyişdirilən avtomobillərin idarə etmə panelinin şitində və elektrik sistemində də müəyyən problemlər yaranır. 

Qeyd edək ki, Azərbaycanda sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Həmçinin, kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir ki, bu da ölkə xaricində baş verir.

Xəbər lenti

Çox oxunanlar