Xəzər Xəbər

İspaniya Super Kubokunun sahibi məlum oldu VİDEO

"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazandı
Veb TV | 12:51 • 17 Yanvar 2022
İspaniya Super Kubokunun sahibi məlum oldu

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. 

Qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.

Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub. 

"Real" - "Atletik" 2:0

Qollar: Luka Modriç, 38, Kərim Benzema, 52 (pen)

Xəbər lenti