Xəzər Xəbər

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir VİDEO

Veb TV | 11:42 • 17 Yanvar 2022
Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir

İşğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti