Xəzər Xəbər

Külək Bakıda binanın damını uçurub VİDEO

Veb TV | 20:23 • 16 Yanvar 2022
Külək Bakıda binanın damını uçurub

Dünən əsən güclü külək Bakıda binanın damını uçurub. Dam örtükləri isə ətrafa dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanından gedır.

Həmin ünvanda yerləşən və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış binası bu vəziyyətə düşüb.

Sakinlər deyirlər ki, hadisə baş verəndən sonra aidiyyəti qurumlara məlumat veriblər, ancaq hələlik dağıntıların aradan qaldırılması, dam örtüyünün bərpası ilə bağlı heç bir iş görülməyib.

Məsələ ilə bağlı əvvəlcə Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə getdik. Bildirildi ki, həmin binaya onlar cavabdeh deyil. Bundan sonra isə Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayonun təsərrüfat şöbəsindən verilən məlumata görə, əraziyə baxış keçiriləcək, dağıntıların nəticəsi və bərpası ilə bağlı lazımi addımlar atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti