Xəzər Xəbər

Prezident İlham Əliyev Ukraynada işgüzar səfərdə olub VİDEO

Veb TV | 21:37 • 14 Yanvar 2022
Prezident İlham Əliyev Ukraynada işgüzar səfərdə olub

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfər edib.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü olub. 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti