Xəzər Xəbər

Polis bir neçə rayon və şəhərdə əməliyyat keçirib, tutulanlar var VİDEO

Veb TV | 19:43 • 14 Yanvar 2022
Polis bir neçə rayon və şəhərdə əməliyyat keçirib, tutulanlar var

Gəncədə  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər məhkum olunmuş Elmir Namazov saxlanan zaman onun üzərində qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə yaşadığı evdən ümumi çəkisi 25 kq-dan artıq marixuana tapılıb. Saxlanılan digər şəhər sakini Xəyal Həmzəyevdən isə heroin aşkar olunub.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları isə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Mehdi Mahmudovu saxlayıblar. Onun üzərindən və yaşadığı evdən külli miqdarda heroin tapılıb. Bənzər əməldə şübhəli bilinən digər şəhər sakinləri Vüqar Ağayev, Hüseyn Alıyev və  İlham Məmmədov da ifşa ediliblər.

Balakən polisinin həyata keçirdiyi tədbirlər nəticəsində 8 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlarda heroin, qurudulmuş marixuana, çoxlu sayda psixotrop həb aşkar edilib. Əvvəllər məhkum olunmuş Məmməd Məmmədov da saxlanaraq istintaqa təqdim edilib.  Ondan "TT" markalı tapança, həmin silaha məxsus 1 ədəd patron və sandıqça aşkarlanaraq götürülüb. 

İsmayıllı polisi də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti