Xəzər Xəbər

Cəlilabadda orta məktəb binası uçmaq üzrədir VİDEO

Veb TV | 19:31 • 14 Yanvar 2022
Cəlilabadda orta məktəb binası uçmaq üzrədir

Cəlilabad rayonu, Moranlı  kənd  məktəbi təhlükəli vəziyyətlə üz-üzədir.

Xezerxeber.az-ın məlumatına görə, məktəbin divarları çat verib, tavanı şagirdlərin üstünə uçur, partaları otən əsrdən qalma, sinif otaqları isə çox soyuqdur.

Tənəffüs  zamanı uşaqların haylı-küylü hərəkətini görməsən,  buranın təhsil ocağı olduğu kimsənin ağlına gəlməz. Amma  illərdir ki,  Moranlı  uşaqları bu məktəbdə təhsil almağa çalışır.

Kənd sakinləri  bildirirlər  ki, uzun illərdir, məktəb  qəzalı  vəziyyətdədir. Valideynlər  hər an uçmaq  təhlükəsi  ilə üz-üzə olan  məktəbdə təhsil alan ovladları üçün  çox narahatdırlar.

Xatırladaq ki, Moranlı kənd orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib.  İndiyə qədər heç bir əsaslı təmir işləri aparılmayıb. Hazıda  məktəbdə 100-ə yaxın şagird təhsil alır. Məktəbin qəzalı olması müəllimləri də narahat edir.

Cəlilabad  Rayon Təhsil Şöbəsindən bildirdilər ki, rayonda son 3 ildə  25 yeni məktəb binası tikilib, 1 məktəb binası isə əsaslı təmir edilərək istifadəyə verilib.  "Regionların 2019-2023-cü illərdə sosial- iqtisadi inkişafı" Dövlət Proqramında Moranlı kənd ümumi orta məktəbinin də yerində modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti