Xəzər Xəbər

Uşaq bağçalarında niyə kamera yoxdur? - valideynlər narahatdır VİDEO

Veb TV | 21:23 • 14 Yanvar 2022
Uşaq bağçalarında niyə kamera yoxdur? - valideynlər narahatdır

Uşaq bağçalarında kameraların olmaması valideynləri narahat edir. Belə hal əsasən də dövlət bağçarında müşahidə edilir. Bəs bağçalarda niyə müşahidə kameraları yoxdur?

Yaxud bağçalar nə vaxt tam kamera ilə təchiz olunacaq?

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllıda bağçada tərbiyəçinin azyaşlıya şiddət göstərməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Valideynlər azyaşlıya qarşı belə rəftarın olmamasını və bunu edən şəxslərin hüquqi müstəvidə cəzalandırılmasını istəyirlər.

Psixoloq Esmira Qafarova deyir ki, burada uşaq fiziki zorakılıqla yanaşı, həm də psixoloji zorakılığa məruz qalıb. Mütəxəssisin sözlərinə görə, uşaqların bu yaşda aldıqları psixoloji travma onların gələcək həyatlarına ciddi təsir edir.

Baş vermiş bu hadisə dövlət bağçalarının bir çoxunda  müşahidə kameralarının niyə qoyulmaması məsələsini  gündəmə gətirir. Bəzilərində kamera olsa da, valideynlər uşaqlarına həmin sistem vasitəsi ilə nəzarət edə bilmirlər. Əgər bu sistem olsaydı, tərbiyəçi azyaşlıya qarşı fiziki zorakılıq etməzdi.

İnformasiya Texnalogiyaları  üzrə mütəxəssis Elvin Abbasov hesab edir ki, istənilən bağçada uşaqların sinif, yemək və yataq otaqlarında bu sistemi qurmaq olar.

Bağçalarda valideynlərin nəzarəti üçün kamera sisteminin niyə qurulmamasına gəldikdə, Təhsil Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, hazırda bağçaların təhvil-təslimi həyata keçirilir. Bu işlər tam yekunlaşdıqdan sonra sözügedən məsələyə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti