Xəzər Xəbər

Mingəçevirdə həbsdən çıxan şəxs yenidən oğurluq etdi VİDEO

Veb TV | 20:24 • 6 Dekabr 2021
Mingəçevirdə həbsdən çıxan şəxs yenidən oğurluq etdi

Mingəçevirdə mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs  saxlanıb. Ağdaşda isə qəbiristanda məzarların ətrafındakı dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb.

Mingəçevirdə həbsdən bir neçə ay əvvəl çıxan şəxs oğurluq etməkdə şübhəli bilinərək yenidən saxlanıb. 

Vətəndaşdan daxil olmuş müraciət əsasında polisin keçirdiyi əməliyyat nəticəsində əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşamış Rüstəm Alırin yaxalanıb. O, ifadəsində törətdiyi əməli etiraf edib. Bildirib ki, mağazadan tütün məmulatları və nağd pul oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb, Rüstəm Alırinin digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Ağdaş rayonu Pirəzə kənd qəbiristanından isə dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanıblar. 

Araşdırma zamanı saxlanan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə Elşad Quliyev də şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Xəbər lenti