Xəzər Xəbər

Ölməz hünər sahibi – şəhid Məhəmməd Əliyev VİDEO

Veb TV | 19:33 • 6 Dekabr 2021
Ölməz hünər sahibi – şəhid Məhəmməd Əliyev

Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşan qəhrəman əsgərlərimizdən biri də  Masallı rayonundan olan Məhəmməd Əliyevdir. Qələbəyə bir neçə saat qalmış Şuşada şəhidlik məqamına yüksələn Məhəmməd ölümdən sonra 6 medalla təltif edilib.

44 gün davam edən Vətən müharibəsində rəşadət göstərərək düşmən üzərində qazandığımız qələbədə payı olan, igidlərimizdən biri də Məhəmməd  Əliyevdir. O, 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində  anadan olub. 

27 sentyabr tarixində  Vətən müharibəsi başlayanda  Məhəmməd Əliyev də  əlində silah, ürəyində qələbəyə ümid, Vətən oğullarının sırasında düşmənin üzərinə yürüyür. Məhəmmədin amalı 30 il işğal altında olan torpağlarımızı düşməndən azad etmək idi. Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşan Məhəmməd qələbənin  bir addımlığında, noyabın 9-da Şuşa şəhərində 21 yaşında şəhidlik məqamına yüksəlir. 

Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Xocavənd,  Şuşanın azad olunmasında iştirak edən Məhəmməd ƏIiyev odun-alovun içində olsa da, ailəsinə narahatçılıq yaşatmır. Ata, anas ilə  danışanda isə belə deyir, mən müharibədə deyiləm.

Məhəmməd Əliyev  Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra   "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Vətən uğrunda" "İgidliyə görə" "Cəbrail, Xocavənd və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilb.

Xəbər lenti