Xəzər Xəbər

"Altın Kelebek" gecəsində mükafat alan Hadisə sevgilisinə jest etdi VİDEO

Veb TV | 16:55 • 6 Dekabr 2021
"Altın Kelebek" gecəsində mükafat alan Hadisə sevgilisinə jest etdi
Türkiyənin nüfuzlu "Altın Kelebek” mərasimində "Ən yaxşı qadın ifaçı” mükafatına layiq görülən Hadisə sevgilisinə jest edib.
 
Uzun müddətdir iş adamı Mehmet Dinçerlerlə eşq yaşayan müğənni tədbirə də onunla birlikdə qatılıb.  Mükafatını müğənni Burak Kutdan alan Hadisə çıxışı zamanı sevgilisinə təşəkkür edib.
 
"Sevgilim Mehmet, bütün gecə əlimi tutdun, çünki çox həyəcanlı idim. Bu gün Dünya Qadın Haqları günüdür. Belə bir gündə dəyərli mükafat almaq önəmlidir. Qadınlar mövzusu mənim üçün həssasdır. Heç zaman bu mövzuda susmadım. Bu mükafatı həyatı məhdudlaşdırılan qadınlar adına alıram”, - deyə ifaçı bildirib.
Hadisə, həmçinin gecədə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabından izləyiciləri ilə bölüşüb./Sfera.az 
 

Xəbər lenti