Xəzər Xəbər

Əhaliyə ŞAD XƏBƏR! Pensiya ilə yanaşı, müavinətlər də artacaq VİDEO

Veb TV | 21:45 • 3 Dekabr 2021
Əhaliyə ŞAD XƏBƏR! Pensiya ilə yanaşı, müavinətlər də artacaq

''Sosial islahatların yeni mərhələsi kimi, növbəti sosial islahat paketi hazırlanıb''. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, pensiya və müavinətlərin məbləğində artım olacaq və bu qərar 2 milyondan çox insanı əhatə edəcək. Nazir Xızıda helikopter qəzasında şəhid olmuş hərbçilərin ailələrinə və yaralananlara müvafiq sosial ödənişlərin həyata keçiriləcəyini bildirib. 

2022-ci ilin əvvəlindən minimum pensiya və müavinətlər artacaq. Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir artımların nə qədər insanı əhatə edəcəyinə aydınlıq gətirib.

Sahil Babayev vurğulayıb ki, pensiya sistemində yeni humanist yanaşmaların tətbiqi davam edəcək. Nazir qeyd edib ki, Xızıda hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin ailələrinə və yaralananlara müvafiq sosial ödənişlərin hər biri təyin ediləcək.

Bu arada Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılışında iştirak edib. Orada yaradılan şəraitlə tanış olub.

 

 

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022