Xəzər Xəbər

Şəhid Mənsur Ağayev Vətən müharibəsi zamanı böyük şücaət göstərib VİDEO

Veb TV | 21:30 • 2 Dekabr 2021
Şəhid Mənsur Ağayev Vətən müharibəsi zamanı böyük şücaət göstərib

İşğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. O da Vətənin azadlığı üçün canını fəda etdi.

Xezerxeber.az-ın məlumatına görə,söhbət Hacıqabul rayon sakini Mənsur Ağayevdən gedir.

O, 1994-cü ildə rayonun Padar qəsəbəsində anadan olub. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən Mənsur 44 günlük Vətən müharibəsində könüllü qatılıb.

Qəhrəmanımız Füzuli və Hadrutun işğaldan azad edilməsində böyük şücaət göstərib. Döyüş yoldaşları ilə əsas məqsədləri ilə Şuşaya qədər gedib çıxmaq olub.

Mənsur Ağayev elə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.                     

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti