Xəzər Xəbər

Səfir: Azərbaycanla strateji münasibətləri inkişaf etdirmək İsrail üçün prioritetdir VİDEO

Veb TV | 20:10 • 2 Dekabr 2021
Səfir: Azərbaycanla strateji münasibətləri inkişaf etdirmək İsrail üçün prioritetdir

"Azərbaycan-İsrail əlaqələri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib".

Xezerxeber.az-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, Azərbaycanın xarici siyasəti onun suveren hüququdur: "Heç bir ölkənin ikitərəfli münasibətlərimizə müdaxilə etmək hüququ yoxdur".

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini dilə gətirən səfir, həm Bakıda, həm də Qarabağda yeni layihələrin həyata keçirilməsi ilə bağlı Energetika Nazirliyi ilə müzakirələrin aparıldığını açıqlayıb.

Corc Dik İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə də münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti