Xəzər Xəbər

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmalıdır VİDEO

Veb TV | 20:25 • 2 Dekabr 2021
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmalıdır

''Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır''.

Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır.

Prezidentin köməkçisi son günlər Ermənistan mediasında guya Azərbaycan Ordusunun Kəlbəcər və Laçın istiqamətində mövqelərdən geri çəkilməsi barədə yayılan dezinformasiyalara da münasibət bildirib. Hikmət Hacıyev vurğulayıb ki, bu cür dezinformasiyalar Ermənistan mediası üçün xarakterdir. O, Ermənistanla sərhəddəki son vəziyyətə də toxunub.

Hikmət Hacıyev işğaldan azad olunmuş ərazilərdə son günlər ard-arda baş verən mina faciələrinə də toxunaraq, vətəndaşları həmin bölgələrə qanunsuz səfərlərdən çəkinməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti