Xəzər Xəbər

Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? VİDEO

Veb TV | 21:35 • 1 Dekabr 2021
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?

Ötən 10 ayda  türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb. Bu, ölkəmizdə satılan Türkiyə məhsullarının qiymətinə necə təsir edib? Alcılar və satıcılarla bu suallara cavab tapmağa çalışmışıq. 

Ötən 10 ayda  türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb .

Lakin türk lirəsinin ucuzlaşması ölkəmizdə satılan türk məhsullarının qiymətinə təsir etməyib. 

Satıcılar bunun səbəbini müxtəlif cür izah edirlər. 

İqtisadçı- ekspert  Rəşad Həsənov deyir ki, Türkiyədə milli valyutanın ucuzlaşması  oradan idxal olunan məhsulların qiymətinə təsir edir. Ancaq alqı-satqı üçüncü bir ölkənin  valyutası ilə aparılarsa, bunun əksi müşahidə ediləcək. 

Bəzi ölkələr bilərəkdən öz milli valyutalarını ucuzlaşdıraraq , onların istehsal etdiyi məhsulların xarici  bazarlarda daha rəqabətli, daha optimal qiymətə təklif olunması üçün şərait yaradırlar deyə Rəşad Həsənov əlavə edib. 

Xəbər lenti