Xəzər Xəbər

Əziz Sancar Qarabağdan danışdı VİDEO

Veb TV | 21:15 • 1 Dekabr 2021
Əziz Sancar Qarabağdan danışdı

Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bır dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycan II Qarabağ Müharibəsində ermənilərə layiqincə dərs verib, həqiqəti dünya ictimaiyyətinə göstərdi. Nobel mükafatı laureatı, türk əsilli Əziz Sancar bu barədə "UNEC İqtısadı Forumu"nda çıxışı zamanı deyıb.

Bakıda keçirilən "UNEC İqtisadi Forumu"nda gənc alimlər qarşısında çıxış edən dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin təntənəsinə də toxunub. "Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı deyən Nobel mükafatçısı bildirib ki, azadlıq verilmir, azadlıq qazanılır. Türkiyənin İstiqlal savaşından sonra Qarabağ müharibəsi imperialistlərə bu mesajı verdi: "Bizim torpağımızı ala bilməzsiniz".

Kimya üzrə Nobel mükafatıçısı Əziz Sancar son illər daha da əlaqələri yaxınlaşan Türk dilli dövlətlərin ortaq elm müstəvisində  də əməkdaşlığının genişlənməsinin vacibliyini qeyd edib. Bildirib ki, ortaq çalışmalar təşviq edilməlidir. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən Əziz Sancar sabah da post-pandemiya dövründə elm və təhsil mövzusunda gənc alimlər qarşısında çıxış edəcək. 

Xəbər lenti