Xəzər Xəbər

Yaralı zabitlər dəhşətli qəzadan danışdılar: Helikopter meydançaya eniş edən zaman... VİDEO

Veb TV | 20:13 • 1 Dekabr 2021
Yaralı zabitlər dəhşətli qəzadan danışdılar: Helikopter meydançaya eniş edən zaman...

Hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanan hərbçilərin vəziyyəti normaldır. Onların müalicəsi davam etdirilir. Biz də hospitalda sərhədçilərimizə baş çəkdik. Polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramil Ədilov dəhşətli hadisənin necə baş verməsindən danışıblar. 

Polkovnik-leytenant Emil Cəfərov və Kapitan Ramil Ədilov. Onlar ötən gün Dövlət sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından sonra sağ qalmış hərbçilər, dəhşəti hadisənin canlı şahidləridir

Deyirlər ki, hər şey bir göz qırpımında baş verdi. Helikopter eniş edərkən yerə çırpıldı.

Yaralı hərbçilərin sözlərinə görə uçuş yerinə yetirilən helikopterdə hər hansı bir problem olmayıb.

Onlar helikopterin pilotu Fizuli Cavadovun da çox peşəkar olduğunu vurğulayıblar.

Qeyd edək ki, qəza nəticəsində polkovnik-leytenant Emil Cəfərov ayağından və qolundan sınıq xəsarətləri alıb, kapitan Ramin Ədilovun isə üzündə xəsarətlər var və sol dizi əzilib. Hazırda hər ikisinin vəziyyəti normaldır. Hərbçilərimizin müayinə və müalicələri DSX-nin hospitalında davam etdirilir.

 

 

 

Xəbər lenti