Xəzər Xəbər

Amnistiya aktının icrası davam edir - Vətən müharibəsi iştirakçıları cəzadan azad edildi VİDEO

Veb TV | 19:28 • 1 Dekabr 2021
Amnistiya aktının icrası davam edir - Vətən müharibəsi iştirakçıları cəzadan azad edildi

Zəfər günü ilə bağlı qəbul edilən amnistiya aktının icrası davam edir. Bugün daha 20 məhkum cəzadan azad edilib. Onlardan ikisi vətən müharibəsi iştirakçısıdır. Bakı şəhər Probasiya İdarəsində amnistiya aktı tətbiq edilən məhkumlara müvafiq qərarların təqdim olunması ilə bağlı tədbir keçirilib. Cəzadan azad edilənlər bu humanist addıma görə, ölkə rəhbərliyinə təşəkkür edilblər.

Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə bugün Vətən müharibəsinin 2 iştirakçısı cəzadan azad edilib. 

Bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəis əvəzi  Namiq İsmayılov bildirib. Onun sözlərinə görə, islah və ictimai işlər, eləcə də cərimə, şərti məhkumluq və azadlığın məhdudlaşdırılması ilə cəzalandırılmış daha 20 nəfər amnistiya aktından yararlanıb. 1 nəfərin elektron qolbağı açılıb. 


Namiq İsmayılov qeyd edib ki, amnistiya aktı əsasında cəzadan azad olunan məhkumlardan 92-si qadın, 558-i kişi, 47 nəfəri 60 yaşına çatan şəxsdir. Amnistiya aktından yararlananlar bu humanist addıma görə, ölkə rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqlənib. İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir. 

 

 

Xəbər lenti