Xəzər Xəbər

Həkim-ginekoloqdan koronavirusla bağlı XƏBƏRDARLIQ: 10-15 günlük körpə... VİDEO

Veb TV | 22:55 • 29 Noyabr 2021
Həkim-ginekoloqdan koronavirusla bağlı XƏBƏRDARLIQ: 10-15 günlük körpə...

Uzun müddətdir bəşəriyyətin bəlasına çevrilən koronavirus artıq yeni doğulan uşaqları da təhlükə ilə üz-üzə qoyur. Virusun yeni  ştamları körpələr arasında yayılmağa başlayıb. Həkimlər deyirlər ki, hətta bəzən koronavirus olmayan analar belə xəstəxanadan getdikdən sonra həm özü, həm də körpəsi COVID-19-a yoluxa bilir. Bəs valideynlər nələrə diqqət etməlidir?

Yeni doğulmuş körpələr arasında da koronavirusa yoluxma hallarına rast gəlinir.

Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyir ki Koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil. Onun sözlərinə görə, əvvəllər demək olar ki, yeni doğulmuşlar arasında virusa  yoluxma yox dərəcəsində idi.Yeni ştammların yoluxuculuq qabiliyyəti yüksək olduğuna görə uşaqlarda virusa yoluxma riskini artırır.

Təranə Həsənova yeni ana olan qadınları uşaqlara qida verərkən diqqətli olmağa çağırdı.

Həkim əlavə etdi ki, hazırda yeni doğulan uşaqlarda koronavirusa yoluxma halları kütləvi xarakter daşımır.

Xəbər lenti