Xəzər Xəbər

Bu kəndin məktəbi baxımsız vəziyyətdədir VİDEO

Veb TV | 22:44 • 29 Noyabr 2021
Bu kəndin məktəbi baxımsız vəziyyətdədir

Şamaxının Bağırlı kənd məktəbi baxımsız vəziyyətdədir. Məktəbdə elektrik sistemi də işləmir. Rayon rəhbərliyi məsələdən xəbərdardır və sözügedən məktəb haqqında lazımı qurumlara məlumat verildiyi bildirilib.

Nə pəncərələrində şüşə var, nə tavanı, nə də döşəməsi yerindədir. Divarları isə uçur.. O ki qış gəlir, soyuq səbəbindən heç kim övladını məktəbə göndərmək istəmir. Söhbət Şamaxınınn Bağırlı kənd tam orta məktəbindən gedir. 

Bağırlı kəndində sırf məktəb kimi fəaliyyət göstərən inzibati bina olmadığından iki korpusdan ibarət keçmiş dövlət binaları şagirdlərin istifadəsinə verilib. Korpuslardan biri 1963, digəri isə 1989-cu ildə inşa edilib. İllər öncəsindən məktəb binası tədricən dağılmağa başlayıb. 59 illik fəaliyyətindən sonra isə, demək olar ki, tamamilə yararsız hala düşüb.


Binanın divarları içdən və çöldən çatlayıb, pəncərələrdə şüşə qalmayıb, döşəmələrdə isə yeriməyə imkan olmur. Belə şəraitdə müllimlər də işini görə bilmir.

Tədris gedən binalarda elektrik enerjisinin yoxluğu otaqların hədsiz dərəcədə qaranlıq olmasına səbəb olur. Rayon rəhbərliyi məsələdən xəbərdardır və sözügedən məktəb haqqında lazımi qurumlara məlumat verildiyi bildirilib.

Bütün bu çətinliklərə baxmayaraq məktəbin məzunlarından hər il universitetlərə qəbul olur. Məsələn, elə təkcə ötən il Bağırlı kənd tam orta məktəbini bitirən 6 məzundan ikisi yüksək nəticələrlə ali məktəblərə qəbul olub. Ümid edirik ki, nəticə, həqiqətən, deyildiyi kimi olar və Bağırlı kənd sakinlərinin ən böyük problemi həllini tapar. 

 

Xəbər lenti