Xəzər Xəbər

İran, Azərbaycan və Türkmənistan arasında saziş nəyi dəyişəcək? VİDEO

Veb TV | 22:31 • 29 Noyabr 2021
İran, Azərbaycan və Türkmənistan arasında saziş nəyi dəyişəcək?

Ötən gün Aşqabadda baş tutan İqtısadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair imzalanan üçtərəfli saziş böyük iqtisadi əhəmiyyətlə yanaşı, həm də geosiyasi xarakterə malikdir. Belə ki, üç qaz istehsalçısı olan ölkə arasında qaz alış-verişi əslində həm də yaradılan yeni iqtisadi körpü, yeni geosiyasi yaxınlaşmadır. 

Avropada qazın növbəti dəfə rekord rəqəmlərlə satıldığı bir ərəfədə Azərbaycan, Türkmənistan və İran kimi qaz istehsalçılarının qaz ticarəti ilə bağlı imzaladığı saziş hər üç ölkənin maraqlarını təmin edir. Sazişə əsasən İran Türkmənistandan, Azərbaycan da öz növbəsində İrandan qaz idxal edəcək və bunun nəticəsində də Türkmənistan öz qazını ilk dəfə qərb istiqmətində satmış olacaq.  

Avropaya qaz satan Azərbaycan Türkmənistandan qaz almaqla yerli təlabatın bir hissəsini bu qaz vasitəsi ilə ödəyəcək və bununla da özünün ixrac imkanlarını artıracaq. Tranzit rol oynayan İran da Xəzərin şərq və qərb sahilindəki iki ölkənin qaz ticarətindən qazanclı çıxacaq. 

Qeyd edək ki, müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Xəbər lenti