Xəzər Xəbər

Azərbaycanın uğurlu diplomatiyası: Ermənistanın mövqeyi Soçidən sonra Aşqabadda da iflasa uğradı VİDEO

Veb TV | 20:08 • 28 Noyabr 2021
Azərbaycanın uğurlu diplomatiyası: Ermənistanın mövqeyi Soçidən sonra Aşqabadda da iflasa uğradı

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qalibiyyətlə başa çatmasından sonra ötən bir il ərzində Azərbaycan indi də diplomatik zəfərlərini ard-arda sıralayır.

Xezerxeber.az-ın məlumatına görə, 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində güzəştə getməyə məcbur olan Ermənistan tərəfi bu vaxta qədər güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da zərbərlər almağa başlayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşündə qəbul edilmiş Aşqabad sənədində  Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilib.

Əslində regionun lider ölkəsi, yaxın və uzaq əksər ölkələrlə münasibətdə strateji tərəfdaşlıq və dostluq münasibəti sərgiləyən Azərbaycanın təbrik edilməsi, dəstək alması həm onun haqqı, həm də çoxsaylı diplomatik uğurlarından biridir. Lakin bu dəfə imzalanan sənədə həm də Ermənistanın uzun illərdir müttəfiq gözüylə baxdığı, bir hərbi təşkilatda birləşdiyi 3 ölkə də imza atıb. Kollektiv Təhlüksəizlik Müqaviləsi Təşkilatının Ermənistandan başqa daha 5 üzv dövləti var ki, onlardan da 3-ü-Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbayacanın öz ərazi bütövlüyünü bərpa etməsi, Vətən müharibəsini qələbə ilə başa vurması münasibəti ilə təbrik edib. Bu isə dalana dirənmiş Ermənistanın daha bir, həm də onun ən vacib olan təşkilatdan da layiq olduğu zərbəni alması deməkdir.

Naşı rəhbər olan Nikol Paşinyanın müharibə dövründə dünya liderlərinə etdiyi cavabsız yalvarışları kimi indi də müharibədən sonra bir çox ölkələrdən umduğu kömək istəkləri cavabsız qalıb. Əksinə, Azərbaycan tərəfdaş ölkələrin siyahısını artırmağa, haqq zəfərinə aldığı dəstəyi çoxaltmağa davam edir. Aşqabad görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan diplomatiyasının daha bir ciddi uğurudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti