Xəzər Xəbər

Şəmkir və Şirvanda ağır yol qəzaları - iki nəfər həlak olub, yaralılar var VİDEO

Veb TV | 20:34 • 28 Noyabr 2021
Şəmkir və Şirvanda ağır yol qəzaları - iki nəfər həlak olub, yaralılar var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, hadisə nəticəsində ölən sürücü Gədəbəy rayon sakini, 25 yaşlı  Xəyal  İsmayılovdur. Xəsarət alan 2 nəfər isə 24 yaşlı Coşqun Əsgərov və onun qardaşı 21 yaşlı Daşqın Əsgərovdur.

Ötən gün axşam saatlarında isə Şirvan şəhərində piyadavurma hadisəsi baş verib. M.Ə.Rəsulzadə küçəsində minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Şirvan sakini, 64 yaşlı Gülbuta Rəhimovanı vurub. Ağır kəllə-beyin travması alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti