Xəzər Xəbər

Hazırda müəllim işləyən Ağcabədi sakini ölmüş kimi qeydiyyata alınıb TƏFƏRRÜAT/VİDEO

Veb TV | 20:47 • 26 Noyabr 2021
Hazırda müəllim işləyən Ağcabədi sakini ölmüş kimi qeydiyyata alınıb

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Xezerxeber.az-ın məlumatına görə, qeyri-adi hadisə rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyevanın başına gəlib.

1962-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olan Minaya Əliyeva deyir ki, hazırda qəsəbədəki 3 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi işləyir.

Bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsini yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi "ASAN xidmət" mərkəzinə müraciət edib. Elə bütün məsələ də bundan sonra üzə çıxıb.

Minarə Əliyeva yenidən Ağcabədi "ASAN xidmət" mərkəzinə müraciət edib və oradan bildirilib ki, 1972-ci ildə guya o, Kəlbəcər rayon yaylağında vəfat edib, Ağcabədi rayonu, Hindarx qəsəbəsində dəfn olunub.

Məsələ ilə bağlı Ağcabədi qeydiyyat şöbəsindən bildirdilər ki, vətəndaş quruma müraciət edib və sistemdə o, 1972-ci ildə kənd icra nümayəndəliyinin sənədi əsasında ölü kimi qeydiyyata alınıb. Bu problemin həll oluunması üçün Minarə Əliyeva məhkəməyə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti