Xəzər Xəbər

Tovuzda itkin düşmüş kişinin meyiti tapılıb VİDEO

Veb TV | 21:50 • 25 Noyabr 2021
Tovuzda itkin düşmüş kişinin meyiti tapılıb

Tovuzda noyabrın 20-dən itkin düşmüş kişinin meyiti tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun "Əsrik dərəsi" adlandırılan ərazisində çayın içində tapılan meyitin Əyyublu kənd sakini, 67 yaşlı Zahid Qasımova aid olduğu müəyyən edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Zahid Qasımov istirahət zonalarında aşıq kimi fəaliyyət göstərib. Sonuncu dəfə o noyabrın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda rayon prokurorluğunda Zahid Qasımovun hansı şəraitdə öldüyünü müəyyənləşdirmək üçün araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti