Xəzər Xəbər

Bərdədə iki nəfər dəm qazından boğulub VİDEO

Veb TV | 19:41 • 25 Noyabr 2021
Bərdədə iki nəfər dəm qazından boğulub

Bərdədə ana və 2 yaşlı oğlu dəm qazından boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gəncədə isə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Bir ailənin bütün üzvlərinin zəhərlənməsinə səbəb evdə qızdırıcı kimi istifadə olunan cihaz olub. Evdə olanların hamısı- 69 yaşlı Elxan Əliyev, 41 yaşlı Kamal Əliyev və ailənin 37, 13 və 14 yaşlı daha 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.

Həkimin yardımından sonra vəziyyəti normallaşan xəstələr evə buraxılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, 3 gün əvvəl də Gəncədə bir ailənin 6 nəfər üzvü dəm qazından zəhərlənmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti