Xəzər Xəbər

Nazir rəsmən açıqladı: Maaş və pensiyaların nə qədər artırılacağı məlum oldu VİDEO

Veb TV | 20:53 • 10 Noyabr 2021
Nazir rəsmən açıqladı: Maaş və pensiyaların nə qədər artırılacağı məlum oldu

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Maliyyə naziri Samir Şərifov  hansı sahələrdə artımlar olacağını açıqlayıb.

Maaşlar, pensiyalar, təqaüdlər, sosial müavinatlar və digər ödənişlərin artırılması nəzərdə tutulur. Bunun üçün gələn ilin büdcəsində maliyyə əsası var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə naziri Samir Şərifov nikbin danışıb. 

Samir Şərifov növbəti tədris ilində dövlət sifarişli təhsil alan və təqaüd alan tələblərin sayında artım olacağını da deyib.  

İqtisadiyyat naziri Mikayıl Cabbarov da iqtisadi göstəricilərin müsbət dinamikasından danışıb. Nazirin sözlərinə görə, bu ilin 10 ayında qeyri-neft sektoru üzrə inkişaf öz tarixi rekordunu yeniləyib. 

Qeyd edilib ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat proqnozlaşdırılır. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 1 milyard 389 milyon manat və yaxud 5,5 faiz çoxdur...

Müzakirələr zamanı millət vəkili Vüqar Bayramov büdcə proqnozlarına xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib...

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki,2021-ci ildə vergi daxilolamalarında kəskin artım qeydə alınıb..Lakin 2022-ci ildə vergi daxilolmaları real vəziyyətlə yox, daha çox 2021-ci ilin proqnozları ilə uzlaşır. 

Millət vəkili Fazil Mustafa isə xərclərə xüsusi diqqət ayrılmalı olduğunu vurğulayıb. Bəzi qurumların gəlir gətirmək əvəzinə, hələ də xərc mənbəyi olmasını tənqid edib. Millət vəkili həmçinin iqtisadi islahatlar çərçivəsində özəlləşdirmə qiymətlərinin aşağı salınmasını təklif edib. 

Millət Vahid Əhmədov isə işsizlikdən sığorta fondunda hər il qalan əlavə məbləğə toxunub...

Dövlət büdcəsinin xərcləri 29 milyard 879 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 1 milyard 336 milyon manat və ya 4,7 faiz çoxdur. 

 

Xəbər lenti