Xəzər Xəbər

Şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs tutulub VİDEO

Veb TV | 19:41 • 28 Oktyabr 2021
Şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs tutulub

Şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin adından "İnstagram" sosial şəbəkəsində saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanıb. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yaradılıb. O, əməlini etiraf edib.

Saxlanan şəxsin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.

Faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti