Xəzər Xəbər

Bələdiyyə işçiləri onlarla iti diri-diri basdırdılar - Səs-küyə səbəb olan görüntülər VİDEO

Veb TV | 13:23 • 28 Oktyabr 2021
Bələdiyyə işçiləri onlarla iti diri-diri basdırdılar - Səs-küyə səbəb olan görüntülər
Türkiyənin Konya bölgəsində onlarla it diri-diri basdırılıb.
 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Sarayönü bələdiyyəsinin işçiləri iynə ilə heyvanları keyitdikdən sonra onları tikinti sahəsindəki çuxurda basdırıblar. 
 
Görüntülər çuxura atılan itlərdən birinin keyidicinin təsirindən çıxaraq, hadisə yerindən qaçdığını göstərir. Sözügedən video sosial mediada səs-küyə səbəb olub. Baş verənləri mobil telefonu ilə qeydə alan şəxs isə bildirib ki, bələdiyyə işçiləri bir neçə gündür bu işlə məşğuldurlar.
 
Faktla bağlı araşdırma aparıldığı açıqlanıb./Sfera.az 

 

Xəbər lenti