Xəzər Xəbər

Azərbaycanda bir ailənin kül olduğu dəhşətli yanğının görüntüləri VİDEO

Veb TV | 12:11 • 28 Oktyabr 2021
Azərbaycanda bir ailənin kül olduğu dəhşətli yanğının görüntüləri

Gəncədə ikisi azyaşlı olmaqla üç nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.

Səhər saatlarında şəhərin "Natavan-2" qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Hadisə zamanı evdə olan 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu və onun övladları - 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızı yanaraq dünyasını dəyişiblər.

İlkin ehtimallara görə, ev elektrik naqillərində yaranan qısaqapanma səbəbindən alışıb. Belə ki, evi isitmək üçün elektrik sobasından istifadə edildiyi və naqillərdə qısaqapanma yarandığı ehtimal olunur. B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir. (report)

xxx

Bu gün saat 04:18-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul edilən kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

xxx

Gəncədə baş vermiş dəhşətli yanğının görüntüləri yayılıb.

XəzərXəbər hadisə yerindən görüntüləri təqdim edir:

Xəbər lenti

Çox oxunanlar