Xəzər Xəbər

Olimpiya İdman Komplekslərindəki çatışmazlıqlar araşdırılır - Fərid Qayıbov "Xəzər Xəbər"ə açıqladı VİDEO

Veb TV | 20:44 • 27 Oktyabr 2021
Olimpiya İdman Komplekslərindəki çatışmazlıqlar araşdırılır -  Fərid Qayıbov "Xəzər Xəbər"ə  açıqladı

Ölkəmizdə Olimpiya İdman Komplekslərindəki çatışmazlıqlar araşdırılır. Gənclər və idman naziri Fərid Qayıbov "Xəzər Xəbər"ə eksklüziv müsahibəsində bu sahədə görüləcək işlərdən danışıb. Nazir paytaxtla yanaşı, bölgələrdə də idmanın müxtəlif sahələrinin inkişafı üçün atılacaq addımları açıqlayıb. Fərid qayıbov futbolun da digər idman növləri kimi geniş vüsət alması və yeni uğurlar əldə edilməsi üçün konsepsiyaların hazırlandığını bildirib.

İdman sahəsində olan çatımazlıqların aradan qaldırılması üçün müəyyən vaxt lazımdır. Bunu Xəzərxəbərə açıqlamasında Gənclər və İdman Naziri Fərid Qayıbov deyib.

Nazir bölgələrdə idmançıların şəraiti və gənclərə yaradılan şəraitlə bağlı rayonlara səfərlərin təşkil edildiyini və mövcud problemlərin araşdırıldığını bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl inşa edilən olimpiya kompleksləri ilə yanaşı yeni istismara verilən komplekslərdə də bir sıra çatışmazlıqlar var.

Fərid Qayıbov son olimpiya oyunlarında bəzi idman növləri üzrə uğursuzluqların səbəbinin də araşdırıldığını bildirib. Nazir futbolun da inkişafı üçün dəstəyin göstəriləcəyini qeyd edib.

Gənclər və idman naziri həmçinin idman sahəsində 3 və 7 illik strategiyanın hazırlandığını bildirib. Qeyd edib ki, Azərbaycanda gənclərin dəstəklənməsi üçün mexanizmlər yaradılır.

Xəbər lenti