Xəzər Xəbər

Bakıda 18 yaşlı qızın mədəsindən görün nə çıxdı - Gözlərinizə inanmayacaqsınız! VİDEO

Veb TV | 452 | 20:52 • 27 Oktyabr 2021
Bakıda 18 yaşlı qızın mədəsindən görün nə çıxdı - Gözlərinizə inanmayacaqsınız!

İştahım yoxdur, saçlarım tökülür deyib həkimə müraciət etdi, cərrahi yolla mədəsindən 2 kq 370 qram daşlaşmış tük topası çıxarıldı. Qeyri adi hadisə ölkəmizdə baş verib. Əməliyyatdan sonra mədəsindən daşlaşmış tük çıxdığını bilən 18 yaşlı qız ilk dəfə  həkiminə illərdir saçını yediyini etiraf edib.

Görüntülər Bakıdakı xəstəxanaların birində lentə alınıb. Cərrah Fuad Qurbanov 45 dəqiqə davam edən açıq əməliyyat ilə 18 yaşlı qızın mədəsindən 2 kq, 370 qram daşlaşmış tük çıxarıb.

Cərrah deyir ki, xəstə ürək bulanma, iştahsızlıq, kəskin arıqlama və saç tökülməsi şikayəti ilə müraciət edib. Aparılan müayinələr zamanı onun mədəsində 2 törəmə aşkarlanıb. 

Əməliyyat zamanı mədəsindən daşlaşmış tük çıxdığını bilən qız, ilk dəfə həqiqətləri həkiminə danışıb.

Həkimin sözlərinə görə, belə xəstələrdə ciddi psixoloji pozğunluq olur. Bu səbəbdən də özünə qapanaraq, belə vərdişlərə yiyələnirlər.

Hazırda sözügedən xəstənin vəziyyəti hər ötən gün daha da normallaşır. Lakin həkim bildirdi ki, növbəti mərhələdə onun psixoloq müayinəsində olması mütləqdir.

Xəbər lenti