Cənubi qafqazda sülh və sabitlik hər kəs üçün faydalıdır. Buna görədə Ermənıstan Azərbaycanın sülh təklıfınə müsbət yanaşmalıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla aparılan danışıqlar Azərbaycanla koordınasıya edılmış şəkıldə həyata keçırilir. Türkiyə-Azərbaycan birliyi, bərabərliyi bölgədə sabitliyə xidmət edir. Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Azərbaycana dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb. Türkiyəli nazirlərin Zəngilanda "XəzərXəbər"ə eksklüziv açıqlamalarını təqdim edirik.
Türkiyənin xarici işlər, milli müdafiə nəqliyyat və infrastruktur nazirləri və Prezident Administrasiyasının sözçüsü Zəngilanda "XəzərXəbər"in suallarını cavablandırdılar. Regionda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.
Cənubi Qafqazda sülh və sabitlik hər kəs üçün faydalıdır.Ermənistan da bundan çox faydalanacaq. Ona görə də Ermənistan bu yöndə təşviq edilməlidir deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Azərbaycana dəstəyin bundan sonra da davam edəcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə hesab edir ki, Qarabağda 30 illik işğal dönəminə son qoyulub və regionda yeni reallıqlar yaranıb. Hazırda Qarabağda sürətli bərpa və əsaslı yenidənqurma işləri aparılır. Qısa müddətdə xeyli işlər görülüb və bunlar qürurvericidir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu isə vurğulayıb ki, Zəngəzur dəhlizi, yaradılan infrastruktur, qurulan müəssisələr, eləcə də yatırılan sərmayələr və bölgəyə əhəmiyyətli dərəcədə töhfə verəcək.
Nazir onu da qeyd edib ki, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra daşıma xərclərində də əhəmiyyətli dərəcədə azalma müşahidə ediləcək.