Xəzər Xəbər

ABŞ-ın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin açılmasından danışdı VİDEO

Veb TV | 19:55 • 27 Oktyabr 2021
ABŞ-ın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin açılmasından danışdı

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ölkəmizin işğaldan azad edilmiş torpaqlarında gedən inkişafdan danışıb. Diplomat bildirib ki, bir sıra ABŞ şirkətləri bərpa olunan ərazilərdə işlərə başlamaq üçün müqavilələr bağlayıb. Səfir Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib.

ABŞ-ın bir sıra şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamaq üçün müqavilə bağlayıb. ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncədə səfərdə olarkən jurnalistlərin suallarını cavablandırıb. Diplomat deyib ki, ABŞ şirkətləri Azərbaycanın bütün ərazisində iqtisadi inkişafa yardım göstərmək bacarığındadır.

Səfir jurnalistlərin Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib və deyib ki, ABŞ regional əməkdaşlıqların inkişafında maraqlıdır.

ABŞ səfiri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün təşkil olunmasını yüksək qiymətləndirib. Səfir Li Litzenberger deyib ki, ABŞ münaqişəsinin həllində tərəflərin bir araya gəlməsi, məsələnin danışıqlar yolu ilə həll edilməsi məqsədinə sadiqdir.

Xəbər lenti

Çox oxunanlar