Xəzər Xəbər

Mikayıl Cabbarov Qarabağdan DANIŞDI VİDEO

Mikayıl Cabbarov: İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin tətbiqi məsələsinə baxılır
Veb TV | 19:30 • 27 Oktyabr 2021
Mikayıl Cabbarov Qarabağdan DANIŞDI

Qarabağın inkişafı bütün  islam ölkələri və ümumilikdə bütün  bölgə üçün önəmlidir. Bu gündən Bakıda faəliyyətə başlayan  Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin əsas missiyası İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi əlaqələrini daha da genişləndirməkdir. Sammitdə Qarabağın inkişafı planı müzakirə edilib. Bölgəyə xarici investorların cəlbi üçün təşkil edilən güzəştlər təqdim olunub.

"Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq". Bunu İqtisadiyyat naziri Mikayil Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, 44 günlük vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, qafqazda sülhün yaranmasına şərait yaradıb. O bildirib ki, Azərbaycan höküməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində mühüm işlər həyata keçirir. Məhz bu səbəbdən də dövlət sərmaye yatırımı üçün təşviqedici güzəştlər hazırlayır.

Tədbirdə çıxış edən Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan işğaldan azad edilmiş ərazilərin iqtsadı potensialından danışıb. Bildirib ki, bu ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Daha çox kənd təsərrüfatı və turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan və bütün coğrafiya üçün önəmlidir.

Sammitdə qeyd olunub ki, hazırda yerli və xarici investorların Qarabağa investisiya yatırmağa marağı böyükdür. Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 800-dən çox müraciət daxil olub. Həmin müraciətlər -  ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrini əhatə edir.

Xəbər lenti