Xəzər Xəbər

Azərbaycanın nümayiş etdirdiyi iradə İranı yol verdiyi yanlışı aradan qaldırmağa vadar etdi VİDEO

Veb TV | 21:44 • 24 Oktyabr 2021
Azərbaycanın nümayiş etdirdiyi iradə İranı yol verdiyi yanlışı aradan qaldırmağa vadar etdi

İranın yük maşınlarının Qarabağa daxil olması ölkəmizin suverenliyinə hörmətsizlik cəhdi idi və dövlətimiz bu münasibətlə barışa bilməzdi.

44 günlük Vətən müharibəsində Azərbaycan bütün dünyaya ərazi bütövlüyünün həyati əhəmiyyət daşıdığı siqnalını verdi. Cənub qonşumuzdan gözlənilməz neqativ hərəkətlər cavabsız qala bilməzdi və qalmadı da.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Cavid Osmanov deyir ki, hətta İran kimi böyük bir dövlətin Azərbaycan səhədləri yaxınlığında döyüş təlimləri keçirməsi və bununla da guya əzələ nümayişi etmək cəhdi də ölkəmizi prinsipial mövqedən çəkindirmədi. Dövlətimizin ortaya qoyduğu iradə İranı yol verdiyi yanlışı aradan qaldırmağa vadar etdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan sübut etdi ki, heç bir dövlət rəsmi Bakı ilə hökm tonunda danışa bilməz. Məhz Azərbaycanın prinsipial mövqeyindən sonra cənub qonşumuz anladı ki, rəsmi Bakı milli maraqlarında güzəştə gedməyəcək.

Cavid Osmanov vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış siyasətinin məntiqi nəticəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti